EN

Ağsu stadionu Premyer Liqa standartlarına uyğunlaşdırılacaq – Cahangir Fərəcullayev

“ASCO Arena” mayda təmirə bağlanacaq.

Msport.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev Hesabat Konfransında çıxışında deyib.

O, idman obyektinin yalnız uşaq və yeniyetmələrin istifadəsinə veriləcəyini diqqətə çatdırıb.

“Həmçinin “Karvan Yevlax”ın stadionu müasir standartlara uyğunlaşdırılacaq”.

​İnfrastruktur məsələlərinə toxunan baş katib qeyd edib ki, dövlət proqramı çərçivəsində növbəti mövsümün əvvəlinə kimi Ağsu stadionu Premyer Liqa standartlarına uyğunlaşdırılacaq. Eyni zamanda, Bakı Olimpiya Stadionunun kompleksində uşaq futbolu üçün mərkəz təsis ediləcək və may ayından etibarən orada təmir işlərinə başlanılacaq.

Chosen
5
msport.az

1Sources