Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB)bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11,854milyard manat təşkil edib.
Trend BFB-yəistinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü iləmüqayisədə 5,986 milyard manat və ya 33,6% azdır.
Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 5 934 olubki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 516 vahid və ya20,3% azdır.
BFB-nin dövriyyəsinin 10,753 milyard manatı repoəməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 5,959milyard manat və ya 35,7% azdır.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri353,2 milyon manat və ya 3,9 dəfə azalaraq 120,091 milyon manatabərabər olub.