EN

Azərbaycan klublarının UEFA-dan əldə etdiyi gəlir açıqlandı - MƏBLƏĞ

Azərbaycan klubları 2025-ci ildə UEFA-dan 73 milyon 386 min 489 manat gəlir əldə ediblər. 

Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın maliyyə ili ilə bağlı hesabatında bildirilib.

Məbləğin 61 milyon 123 min 325 manatı "Qarabağ"ın büdcəsinə köçüb. Bu puldan 3 milyon 27 min 845 manatı "Sabah"a,  2 milyon 480 min 415 manatı "Araz-Naxçıvan"a çatıb.

Digər bölgülər aşağıdakı kimidir:

"Zirə" - 2 milyon 70 min 729 manat
"Neftçi" - 1 milyon 23 min 94 manat
"Sumqayıt" - 833 min 496 manat
"Səbail" - 706 min 895 manat
"Turan Tovuz" - 706 min 895 manat
"Kəpəz" - 706 min 895 manat
"Qəbələ" - 427 min 340 manat
"Şamaxı" - 279 min 555 manat

Chosen
5
31
fanat.az

10Sources