EN

Legioner rüsumlarından yığılan 2 milyona yaxın vəsait yerli futbolçulara ən çox şans verən klublar arasında bölüşdürüləcək

Bakı 3 aprel, AZƏRTAC

Bildiyiniz kimi, milli komandada istədiyimiz nəticələri ala bilmirdik.

AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Hesabat Konfransında deyib.

O, Ayxan Abbasovun gəlişindən sonra Azərbaycan millisinin uğurlu oyun nümayiş etdirdiyini bildirib: "Bir neçə gün öncə milli komanda Sumqayıtda təşkil olunan "FIFA Series-2026" turnirinin qalibi oldu. Bu uğuru nə şişirtmək, nə də kiçiltmək lazımdır".

C.Fərəcullayev Misli Premyer Liqasında komanda sayının 12-yə yüksəldiyini xatırladıb.

Onun sözlərinə görə, legioner rüsumlarından yığılan vəsaitin əsas hissəsi yerli oyunçulara ən çox şans verən klublar arasında bölüşdürüləcək: "Bu il üçün həmin məbləğ təxminən 2 milyon manatdır".

Cahangir Fərəcullayev bildirib ki, dövlət proqramı çərçivəsində növbəti mövsümün əvvəlinə kimi Ağsu şəhər stadionu Premyer Liqa standartlarına cavab verəcək".

Müxbir - Cavid Əliyev

Chosen
20
azertag.az

1Sources