EN

ŞOK: Gürcüstan İran-ABŞ müharibəsinə qoşula bilər

İranın Gürcüstandakı səfiri Seyid Əli Mucani tərəfindən səsləndirilən ABŞ-la bağlı xəbərdarlıq Cənubi Qafqazda onsuz da həssas olan geosiyasi balansı yenidən gündəmə gətirib. Son günlər ABŞ ilə Gürcüstan arasında artan təmaslar, eyni zamanda İranın regiondakı prosesləri yaxından izləməsi fonunda mümkün ssenarilər daha geniş müzakirə olunur.

Bəs mövcud gərginlik şəraitində Gürcüstanın hərbi münaqişəyə cəlb olunma ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, son günlər bölgədə müəyyən diplomatik və hərbi aktivlik müşahidə olunur.

Azərbaycan

“Bir neçə gün əvvəl ABŞ-a məxsus hərbi təyyarə Gürcüstandakı hava limanına eniş edib və daha sonra cənub istiqamətində uçuş həyata keçirib. Bundan əlavə, ötən həftə ABŞ dövlət katibi ilə Gürcüstanın baş naziri arasında telefon danışığı olub və regional vəziyyət müzakirə edilib.

Bu addımlar ABŞ-ın Gürcüstan ilə münasibətləri normallaşdırmaq niyyətindən xəbər verir”

Bununla belə, o, hesab edir ki, Gürcüstanın mövcud şəraitdə hərbi münaqişəyə cəlb olunması real görünmür.

“İran regionda baş verən prosesləri diqqətlə izləyir və xüsusilə Cənubi Qafqazın həssas geosiyasi mövqeyini nəzərə alır. Nə Azərbaycan, nə də Ermənistan regionun İran əleyhinə hərbi əməliyyatlar üçün istifadə olunmasında maraqlı deyil.

Gürcüstan hökuməti bu kimi mürəkkəb vəziyyətlərdə təmkinli siyasət yürütməli və hərbi qarşıdurmalardan uzaq durmalıdır. Gürcüstan Rusiya-Ukrayna müharibəsi zamanı da nisbətən neytral mövqe tutub və eyni yanaşmanı hazırkı şəraitdə də davam etdirməsi gözlənilir”.

Sonda politoloq qeyd edib ki, rəsmi Tbilisi mövcud situasiyada həm ABŞ, həm də İranla münasibətlərdə balans yaratmağa çalışır və müəyyən güzəştlər qarşılığında siyasi razılaşmalar əldə etməyə can atır.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
17
50
konkret.az

10Sources