Nazirlər Kabinetinin Qərarına əsasən, yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib.
Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri:
Başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri;
Son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri.
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq etməli, Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi isə bu Qərardan irəli gələn məsələləri həll etməlidir.