EN

Övladınızda bu əlamətlər varsa, diqqətli olun

Autizm uşağın ətrafındakılarla sosial ünsiyyət qurmasına və münasibət yaratmasına mane olan, erkən yaşlarda üzə çıxan neyrobioloji inkişaf fərqliliyidir.

 

Pravda.az bildirir ki,  autism hər uşaqda fərqli dərəcədə görülsə də, ən çox rast gəlinən ilkin göstəricilər bunlardır:

 

Göz təması qurmur: Adı çəkiləndə reaksiya vermir və ya çox gec baxır.

 

Sosial uzaqlıq: Həmyaşıdları ilə oynamır, tək qalmağa üstünlük verir.

 

Nitq geriliyi: Danışmaqda çətinlik çəkir və ya bəzi sözləri mənasız şəkildə təkrar edir.

 

Təkrarlanan hərəkətlər: Əl yelləmək, öz ətrafında fırlanmaq və ya barmaq ucunda gəzmək.

 

Həssaslıq: Səsə, işığa və ya toxunuşa qarşı hədsiz reaksiya göstərmək.

 

Səbəbləri və müalicə yolu

 

Autizmin dəqiq səbəbi olmasa da, genetik və ekoloji faktorların beyin inkişafına təsiri əsas götürülür. Bu bir xəstəlik olmadığı üçün dərmanla tam müalicəsi yoxdur.

 

Ən effektiv yol: Erkən diaqnoz və xüsusi təhsil.

 

Mütəxəssislər qeyd edir ki, xüsusilə 0-3 yaş arası tətbiq edilən intensiv reabilitasiya və davranış terapiyaları uşağın cəmiyyətə adaptasiyasını əhəmiyyətli dərəcədə artırır.

 

Əminə Bayramova

Tarix: 3 Aprel 2026, 12:07   
Chosen
44
pravda.az

1Sources