EN

Almaniyada qatarda pirotexniki partlayış - 12 nəfər xəsarət alıb

Şimali Reyn-Vestfaliya əyalətində baş verən hadisə zamanı şübhəli saxlanılıb...

Poliqon xəbər verir ki, Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya əyalətində uzaq məsafəli qatarda baş verən pirotexniki partlayış nəticəsində 12 nəfər xəsarət alıb. Bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 2-si axşam saatlarında Frankfurt-Mayna istiqamətində hərəkət edən qatarda baş verib. 20 yaşlı Almaniya vətəndaşı əvvəlcə hücum edəcəyi ilə hədələyib, daha sonra isə vaqonun keçid hissəsinə strybol (airsoft) qumbarası atıb.

Partlayış nəticəsində 12 nəfər müxtəlif xəsarətlər alıb. Polis nümayəndəsinin sözlərinə görə, zərərçəkənlər əsasən akustik travmalar və yüngül səthi dəri zədələri ilə üzləşiblər. Qatardakı sərnişinlərin əksəriyyəti isə hadisəni qorxu ilə keçirib.

Saat 20:55-də Siqburq şəhərinin dəmir yolu vağzalında ICE 19 qatarında ehtimal olunan atəş səsləri barədə polisə məlumat daxil olub. Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, səslər pirotexniki vasitənin partlaması nəticəsində yaranıb.

Hadisədən sonra sərnişinlər təxliyə edilib, şübhəli şəxs isə polis tərəfindən saxlanılıb. Onun çantasında bıçaq da aşkar edilib. Hazırda hadisənin motivləri araşdırılır.

Poliqon.info

Chosen
19
50
poliqon.info

10Sources