EN

Amnistiya aktının icrası başa çatıb? RƏSMİ

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının icrasına başlanılıb.

Ötən müddətdə Amnistiya aktı neçə nəfərə şamil olunub və aktın icrası başa çatıbmı?

Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən “Cebheinfo.az”-a bildirilib ki, hazırda Amnistiya aktının icrası davam edir:

“31 mart tarixinə olan statistikaya görə, Amnistiya aktı 18 mindən çox şəxsə tətbiq edilib. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında  Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən 31 mart 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18.203 şəxs barəsində tətbiq olunub.

Amnistiya tətbiq olunan şəxslərin 5.310-u müəyyən müddətə azadlıqdan məhrumetmə, 10.226-sı isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib.

Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2.648 nəfərin cəzası 6 ay azaldılıb. 19 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq  aidiyyəti üzrə).

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 20 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 18 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.

Amnistiya tətbiq olunmuş şəxslərdən 1.309-u böyük ictimai təhlükə törətməyən, 15.996-sı az ağır, 898-i ağır cinayətlər törətmiş şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 17.292-si kişi (onlardan 86-sı yetkinlik yaşına çatmayan şəxslərdir), 911-i qadındır (onlardan 1-i yetkinlik yaşına çatmayan şəxsdir). Amnistiya aktının icrası davam etdirilir”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
24
cebheinfo.az

10Sources