EN

Milli ödəniş infrastrukturunun təkmilləşdirilməsi mərhələsi uğurla tamamlanıb – AMB rəsmisi

Bakı. Trend:

Azərbaycanda milli ödəniş infrastrukturunun təkmilləşdirilməsimərhələsi uğurla tamamlanıb və hazırda beynəlxalq inteqrasiyaimkanları strateji istiqamət kimi nəzərdən keçirilir.

Trend xəbərverir ki, bu barədə Mərkəzi Bankın Ödəniş xidmətləri və ödənişsistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinindirektoru Kəmalə Qurbanova Malayziyanın Kuala-Lumpur şəhərində“Kollektiv güc: dəyişən dünyada dayanıqlılıq və inkişaf” mövzusundakeçirilən beynəlxalq tədbirdə deyib.

Belə ki, Kəmalə Qurbanova forumun “Ödənişlər və innovasiya”istiqaməti çərçivəsində “Regional inteqrasiyanın katalizatoru kimireal vaxt rejimində beynəlxalq ödənişlər” mövzusunda təşkil olunanpanel müzakirəsində çıxış edib. O, dəyişən qlobal mühitdə birgəsəylərin əhəmiyyəti, ölkələrarası ödəniş əlaqələrinin qurulmasındadaxili ödəniş infrastrukturunun rolu, həmçinin beynəlxalqstandartların tətbiqinin əhəmiyyəti barədə danışıb. DirektorAzərbaycanda milli ödəniş infrastrukturunun təkmilləşdirilməsimərhələsinin uğurla tamamlandığını və hazırda beynəlxalqinteqrasiya imkanlarının strateji istiqamət kimi nəzərdənkeçirildiyini bildirib. Kəmalə Qurbanova ölkədə ani ödənişsisteminin genişləndirilməsi istiqamətində həyata keçirilən sontədbirlər, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsivə vahid QR standartının tətbiqi barədə məlumat verib.

Qeyd edək ki, “Central Banking” tərəfindən təşkil olunan forummərkəzi banklar arasında təcrübə mübadiləsi, beynəlxalq ödənişlərinreal vaxt rejimində icrası və maliyyə inklüzivliyiningenişləndirilməsi məsələlərinin müzakirəsi üçün mühüm beynəlxalqplatforma rolunu oynayıb.

Chosen
67
4
az.trend.az

5Sources