EN

AFFA-ya 61 milyon manatdan çox vəsait daxil olub

AFFA-nın 2025-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, milli assosiasiyanın hesabatına əsasən, ötən il qurumun hesabına ümumilikdə 61 milyon 437 min 894 manat vəsait daxil olub.

Məlumata görə, gəlirlərin əsas hissəsini sponsor və tərəfdaş ödənişləri təşkil edib. Belə ki, 26 milyon manat SOCAR tərəfindən maliyyə dəstəyi kimi ayrılıb. Bundan əlavə, 11 milyon 128 min 500 manat “AzərMaş” şirkətindən, 6 milyon 435 min 438 manat UEFA-dan, 5 milyon 300 min manat isə SOCAR-la bağlanmış qrant müqaviləsi çərçivəsində daxil olub.

Hesabatda qeyd olunub ki, digər gəlir mənbələri də ümumi büdcədə əhəmiyyətli paya malikdir. Belə ki, 4 milyon 907 min 311 manat A MYK Yayım Hüququ gəlirlərindən (UEFA), 2 milyon 874 min 917 manat FIFA-dan daxil olub.

Bununla yanaşı, “Paşa Sığorta”dan 1 milyon 918 min manat, “Paşa Həyat”dan 930 min manat, “Ensol MMC”dən 500 min manat, “Carlsberg”dən 132 min 750 manat, “Azərlotereya”dan 59 min manat və digər mənbələrdən 1 milyon 251 min 978 manat vəsait AFFA-nın büdcəsinə köçürülüb.

Chosen
34
9
90deqiqe.az

10Sources