EN

Abbasqulu ağa Bakıxanovun evi uçdu - FOTOLAR

"Cebheinfo.az" xəbər verir ki Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev görkəmli Azərbaycan tarixçisi, şair, yazıçı, mütəfəkkir və maarifçi Abbasqulu ağa Bakıxanovun Əmircan qəsəbəsində yerləşən evində yaranmış qəzalı vəziyyətlə əlaqədar əraziyə baxış keçirib, həmçinin, mövcud vəziyyətlə bağlı müvafiq qurumlara təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciətlər olunub.

Qeyd edək ki, tikilinin bir hissəsi müşahidə olunan yağıntılar nəticəsində zədələnərək uçub. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, əlavə dağılma riskinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

"Cebheinfo.az"

Chosen
11
1
cebheinfo.az

2Sources