EN

İran və Ermənistan arasındakı münasibətlər müzakirə olundu

BAKI, 3 aprel. TELEQRAF

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan İranın bu ölkədəki səfiri Xəlil Şirqulami ilə görüşüb.

Teleqraf Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlərə dair məsələlər müzakirə olunub.

Tərəflər parlamentlərarası əməkdaşlığın vacibliyini vurğulayıblar.

Söhbət zamanı, həmçinin regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
46
2
teleqraf.com

3Sources