EN

Regionlarda peşə təhsili mərkəzləri yenilənir - Nazir müavini

Regionlarda peşə təhsili infrastrukturunun təkmilləşdirilməsi davam edir.

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəranda media nümayəndələri üçün keçirilən brifinqdə səsləndirib.

Qeyd olunub ki, yenidənqurma və əsaslı təmir işləri çərçivəsində bir sıra təhsil müəssisələrində layihələr artıq tamamlanıb. Belə ki, Cəlilabad və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzləri, həmçinin Tərtər və Neftçala peşə məktəblərində işlər yekunlaşıb.

Hazırda Füzuli və Kəlbəcər Dövlət Peşə Təhsil Mərkəzlərində, Quba Peşə Liseyində, eləcə də Texnika və Texnologiyalar üzrə Bakı və Şuşa Dövlət Peşə Təhsil Mərkəzlərində tikinti və təmir işləri davam etdirilir.

Bununla yanaşı, bir sıra layihələr üzrə hazırlıq mərhələsi aparılır. Zəngilan, Qubadlı, Ağdam və Tovuz Dövlət Peşə Təhsil Mərkəzləri, həmçinin Qax Peşə Liseyi və Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi üçün layihələndirmə işləri həyata keçirilir.

Məlumatda vurğulanıb ki, həyata keçirilən tədbirlər regionlarda peşə təhsilinin inkişafına və müasir infrastrukturun formalaşdırılmasına xidmət edir.

Chosen
40
1
azedu.az

4Sources