“Arsenal”ın sabiq futbolçusu Lukas Peresin yeni klubu məlum olub.
QOL.az xəbər verir ki, 37 yaşlı hücumçu “Kadis”ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sequnda təmsilçisi təcrübəli forvardla mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, Peres karyerası ərzində “Arsenal”, “Vest Hem”, “Alaves”, “Elçe”, PSV kimi klublarda çıxış edib. O, ötən ilin yayından klubsuz idi.