Peşə təhsili müəssisələrinə qəbul edilən tələbələrin sayı 2025-2026-cı illərdə 27 min nəfərə çatacaq.
Bizim.Media xəbər verir ki, bu sözləri Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Regionlarda peşə təhsili: imkanlar və perspektivlər mövzulu" mediaturun təqdimatı zamanı deyib.
Onun sözlərinə görə 2020-2021-ci tədris ilində peşə təhsili müəssisələrinə qəbul edilən tələbələrin sayı 15 min nəfər idisə, 2025-2026-cı illərdə bu rəqəm 27 minə yüksələcək:
“Bu, peşə təhsili sahəsinə olan marağın və tələbələrin ildən-ilə artdığını göstərir”, - deyə nazirlik rəsmisi əlavə edib.
Bizim.Media