EN

ABŞ səfirliyi Lui Bononun Cənubi Qafqaza səfərinə münasibət bildirib

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviriLui Bono ABŞ-ın Bakı ilə İrəvan arasında sülh prosesinə dəstəyinivə davamlı və layiqli sülhə nail olmaq yollarını müzakirə etməküçün tez-tez Cənubi Qafqaza səfər edir.

Bu barədə ABŞ-ın Bakıdakı səfirliyindən Trend-in L.Bononun Bakıyasəfərinin mümkünlüyü ilə bağlı sorğusuna cavab olaraq bildirib.

"Elan etmək üçün heç bir təfərrüatımız yoxdur. L.Bono sülhprosesini dəstəkləmək üçün müntəzəm olaraq Ermənistan vəAzərbaycanda bir sıra əsas maraqlı tərəflərlə əlaqə saxlayır. BizCənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirəcək istənilənprosesə kömək etməyə hazırıq," deyə səfirlikdən bildirilib.

Qeyd edək ki, yanvarın 8-də Lui Bono İrəvana səfər edib. Səfərzamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasıməsələləri müzakirə olunub.

Məqalədə:
Chosen
318
35
az.trend.az

10Sources