EN

 Qurban Qurbanovun iclaslarda az iştirak etməsinə Rövşən Nəcəfdən REAKSİYA

"Misli Premyer Liqasının oyunlarında hakim səhvlərinin aradan qaldırılması üçün tədbirlər görürük".


Manset.az xəbər verir ki, bunu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.

O bildirib ki, hakim səhvləri dünyanın bütün liqalarında olur:

"Bu səhvlərin azaldılması yönündə iş gedir. Xətasız oyunlar olmur. İslahatların əsas məqsədi qərarların maksimal dərəcədə düzgün olmasıdır".

Rövşən Nəcəf eyni zamanda Qurban Qurbanovun AFFA İcraiyyə Komitəsinin iclaslarında az iştirak etməsi barədə suala da cavab verib:

"Biz bütün üzvlərlə daim əlaqədəyik. Qurban müəllim də bizimlə dəyərli fikirlərini bölüşür. İclaslarda "Qarabağ"ın oyun qrafiki imkan verəndə iştirak edir. İştirak edə bilmədikdə isə əvvəldən danışır, öz təkliflərini verir".

Chosen
20
2
manset.az

3Sources