EN

Hacıbala Abutalıbov Qaxda yoxa çıxdı Deyilənə görə, kənd sakinləri...

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ölkə mediası bu günlərdə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun Qaxın Ağçay kəndindən Bakıya köçməsi barədə xəbərlər tirajlayıb. Əldə edilən məlumatlara görə, Hacıbala Abutalıbov bu addımı məcburən atıb. Onun sakinlərlə məişət zəminində ciddi iğtişaş yaşadığı qeyd edilir. Ona görə də sabiq mer artıq xeyli müddətdir Qax ərazisində görünmür. Hətta sakinlər tərəfindən qovulduğu iddiaları var.Globalinfo.az bildirir ki, Modern.az iddialarla əlaqədar olaraq Qax rayon İcra Hakimiyyətinin İlisu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Həşim Həsənovla əlaqə saxlayıb.

İcra nümayəndəsi Hacıbala Abutalıbovla bağlı onda heç bir məlumatın olmadığını bildirib:

“Hacıbala Abutalıbovu görməmişəm, hazırda harada olması barədə də məlumatım yoxdur. O vaxt xəbərim var idi, indi yoxdur. Haradadır, necədir bilmirəm. İşimiz o qədər çoxdur ki, yalnız vətəndaş müraciət etdiyi halda məsələdən xəbərdar oluruq”, – deyə H.Həsənov qeyd edib.

Milli Məclisin Qaxı təmsil edən deputatı Əli Məsimli məsələ ilə bağlı onda heç bir məlumatı olmadığını bildirib.

Hacıbala Abutalıbov isə telefon zənglərimizə cavab vermədiyindən məlumatı onunla dəqiqləşdirmək mümkün olmayıb.

Ağçay kəndi İlisu inzibati ərazi dairəsinə daxildir.

Xatırladaq ki, Hacıbala Abutalıbov 3 ilə yaxındır, Qax rayonunun Ağçay kəndində yaşayırdı. Keçmiş merin bu kəndə köçməsinin əsas səbəbi həyat yoldaşının əslən oralı olması ilə bağlıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
33
29
globalinfo.az

10Sources