EN

“Microsoft” bu ölkəyə 10 milyard dollar investisiya yatıracaq

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin texnologiya nəhəngi “Microsoft” şirkəti 2029-cu ilə qədər süni intellekt və bulud texnologiyaları üçün Yaponiyaya 1,6 trilyon yen (təxminən 10 milyard dollar) sərmayə qoyacaq.

Hafta.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, şirkət bu plan çərçivəsində “SoftBank Group Corp.” və “Sakura Internet Inc.” ilə əməkdaşlıq edəcək. Qeyd edilib ki, investisiya həm texniki infrastrukturun gücləndirilməsini, həm də insan resursları və kibertəhlükəsizliyin inkişafını əhatə edəcək.

Qeyd edək ki, “Microsoft” 2024-cü ildə də Yaponiyada süni intellekt və bulud texnologiyalarının inkişafı üçün 2,9 milyard dollar dəyərində ikiillik investisiya planı elan etmişdi.

Chosen
1
1
hafta.az

2Sources