EN

Rusiyanın neft və qaz gəlirləri martda 43% artıb

Rusiya Maliyyə Nazirliyi mart ayında neft və təbii qaz gəlirlərinin əvvəlki aya nisbətən 43 faiz artaraq 617 milyard rubla (təxminən 7,7 milyard dollar) çatdığını açıqlayıb. Nazirlik artımı neft qiymətlərinin yüksəlməsi ilə izah edib, lakin sektorda planlaşdırılan gəlir itkilərinin hələ də davam etdiyi qeyd olunub.

Vətəninfo.az xəbər verir ki, neftin qiymətinin artması ölkənin enerji ixracından əldə etdiyi gəlirləri artırıb. Lakin artıma baxmayaraq, neft və təbii qaz sektorunda gözləniləndən daha çox gəlir itkisi qeydə alınıb.

Qərb ölkələrinin Rusiyanın enerji sektoruna tətbiq etdiyi sanksiyalar davam etsə də, Rusiya əsasən Asiyada alternativ ixrac bazarlarını genişləndirərək ticarət payını artırmağa çalışır.

Qeyd edək ki, G7 və Avropa Birliyi ölkələri 5 dekabr 2022-ci ildən Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyub və barel üçün tavan qiyməti 60 dollar müəyyən edib. Qiymət limiti 2025-ci ilin iyul ayında 47,6 dollara endirilib. Əgər Rusiya nefti bu limitdən yuxarı qiymətə satılarsa, G7 və AB ölkələrindəki şirkətlər nəqliyyat, sığorta və brokerlik xidmətlərini göstərə bilməzlər.

Bundan başqa, ABŞ və İsrailin İrana hücumlarından sonra Hörmüz boğazından neft daşınmalarında yaranan fasilələr Rusiya ixrac məhsullarının qiymətlərinin artmasına təkan verib.

Chosen
37
veteninfo.az

1Sources