Azərbaycanda peşə təhsili alan qadınların sayı 10 min 488 nəfərdir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinə infotur zamanı deyib. O bildirib ki, peşə təhsilində ümumi qəbulda qadınların payı 40 faizə çatıb: “Qadınların payı 50 faizdən çox olan ixtisasların sayı 40, ümumilikdə isə qadınların qəbul olunduğu ixtisasların sayı 127-yə bərabərdir. Qadınların qəbulda payı 2022-ci ildə 32 faiz olduğu halda, 2025-ci ildə bu göstərici 40 faizə yüksəlib”.