EN

Vağzalda DƏHŞƏT: Sərnişini hərəkətdə olan qatarın altına itələdi Anbaan VİDEO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Washington ştatının Seattle şəhərində yerləşən Northgate qatar stansiyasında baş verən insident təhlükəsizlik kameralarına düşüb.

Milli.Az xəbər verir ki, hadisə zamanı platformada qatar gözləyən sərnişinin yaxınlaşan qatarın qarşısına itələnməyə çalışıldığı əks olunub. Görüntülərdən məlum olur ki, şübhəli şəxs bir müddət sərnişini izlədikdən sonra qəfil hücum edərək onu relslərə doğru itələməyə cəhd göstərib.

Zərərçəkən son anda müvazinətini qoruyaraq hücumdan xilas olub. Bundan sonra isə şübhəlinin yenidən hücuma keçdiyi, lakin sərnişinin qatar yoluna düşməkdən son anda qurtulduğu görünür.

Baş verən hadisə sosial mediada da geniş müzakirələrə səbəb olub. Məhkəmə tərəfindən şübhəlinin psixi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə bağlı qərar verildiyi bildirilir.

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
50
news.milli.az

10Sources