EN

“İran çox pis bir rejimdir, amma xalqların suverenliyinə hörmət etməliyik” Makron KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“İran çox pis bir rejimdir. Bu isə müzakirə predmetidir. Mən onların bir çox məsələlərdəki fikirləri ilə razılaşmıram”.

KONKRET.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron bildirib. O, daha sonra bildirib:

“Lakin hesab etmirəm ki, vəziyyəti yalnız bombardmanlar və ya hərbi əməliyyatlar vasitəsilə düzəltmək mümkün olacaq.

Baxın, İraqda, Əfqanıstanda, Liviyada belə əməliyyatların nəticələri nəyə gətirib çıxardı. Biz heç bir nəticə əldə edə bilmədik. Heç vaxt. Hətta 20 ildən sonra da.

Buna görə də xalqların suverenliyini hörmət etməliyik. Əgər insanlar rejimi dəyişmək istəyirsə, əgər onlar protest etmək və təşəbbüsü öz əllərinə almaq istəyirsə, bunu etməyə haqqı var”, – deyə Fransa Prezidenti bildirib.

Ağagül Mürsəlov,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
konkret.az

2Sources