EN

Şalva Papuaşvili: Qərb Gürcüstan Kilsəsinə qarşı kampaniya aparır

Qərb Gürcüstan Pravoslav Kilsəsinin işlərinə birbaşa müdaxilə edir.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Papuaşvili Qərbin ölkənin Pravoslav Kilsəsinin daxili işlərinə birbaşa müdaxilə etdiyini bəyan edib.

Spikerin sözlərinə görə, bir sıra gürcü partiyaları, eləcə də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azadlıq Radiosu” və “Tabula” kimi media orqanları ölkənin din xadimlərinə qarşı qərəzli kampaniya aparır.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR РФ) də bənzər bir iddia ilə çıxış edib.

Rusiya kəşfiyyatının məlumatına görə, Konstantinopol Patriarxı Varfolomey Gürcüstan Patriarxı II İlyanının ölümündən istifadə edərək, özünə yaxın namizədləri — mitropolitlər Avraam (Qarmeliya) və Qriqorini (Berbiaşvili) kilsə rəhbərliyinə gətirməyi planlaşdırır.

İddiaya görə, Varfolomey bu şəxsləri öz iradəsini icra etmək üçün “ən uyğun namizədlər” hesab edir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
23
interpress.az

1Sources