EN

ABŞ Prezidenti Trampın NATO müttəfiqlərinə qarşı sərt tənqidinə Alman “Yaşıllar”ının cavabı

ain.az bildirir, Bizimyol portalına istinadən.

Almaniyanın “Bündnis 90/Die Grünen” partiyasının həmsədri Fransiska Brantner ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrini tənqid etməsindən sonra bildirib ki, ABŞ artıq etibarlı tərəfdaş deyil və Tramp NATO müttəfiqlərini “təhqir edir”.

Bizimyol.info xəbər verir ki, Brantner bu barədə RND xəbər agentliyinə verdiyi açıqlamada bildirib.

“Donald Trampın çıxışı eskalasiya və ağılsız siyasətin göstəricisidir. Bir ölkəni "daş dövrünə" qaytarmaq üçün bombalamaq barədə açıqca fantaziya danışan şəxs beynəlxalq məsuliyyət çərçivəsindən kənarda olduğunu nümayiş etdirir. Trampın qəzəb dolu çıxışları strategiya deyil, xarici siyasətdə od vurmaqdır”, - deyə partiya sədri qeyd edib.

O əlavə edib ki, son günlər Trampın NATO müttəfiqlərinə qarşı kobud münasibəti göstərir ki, ABŞ artıq tərəfdaş deyil, risk faktorudur. “O, transatlantik tərəfdaşlığı dəstəkləmir, əksinə məqsədli şəkildə onu dağıdır,” – deyə Brantner vurğulayıb.

Bundan əlavə, siyasətçi Avropanın müdafiə sahəsində daha müstəqil olmasının vacibliyini qeyd edib: “Həqiqi Avropa müdafiə ittifaqı artıq abstrakt məqsəd deyil, təhlükəsizlik siyasətində zərurətdir. Hələ də tərəddüd edənlər gələcək hadisələrdə müəyyən məsuliyyət daşıyırlar” - deyə o bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti "Reuters" agentliyinə verdiyi müsahibədə NATO-dan narazılığını ifadə edib və ölkəsinin alyansdan çıxmasını nəzərdən keçirdiyini bildirib. "The Daily Telegraph" qəzetinə verdiyi açıqlamada Tramp ABŞ-ın NATO-dakı iştirakını yenidən gözdən keçirməyi düşündüyünü, çünki alyansın ABŞ-ı İranla müharibədə dəstəkləmədiyini qeyd edib. O, NATO-nu “kağız pələngi” adlandırıb və təşkilata heç vaxt xüsusi simpatiya duymadığını etiraf edib.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
bizimyol.info

1Sources