EN

“Əbədiyyətin Nişanələri”nin ilk bölümü TurkDiscovery "YouTube" platformasında yayımlandı

Türk xalqlarının mənəvi dünyasını və tarixi vəhdətini özündə əks etdirən TurkDiscovery YouTube platforması maarifləndirici missiyasını YouTube üzərindən genişləndirir.

Publika.az xəbər verir ki, platforma nəsillərarası körpü rolunu oynayaraq, türk ruhunun əbədi izlərini izləyicilərə təqdim edir.

Türk Mədəniyyəti və İrsi Fondunun maarifləndirici missiyası çərçivəsində ərsəyə gələn “Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin ilk bölümü artıq yayımdadır.

Layihənin əsas məqsədi Türk dünyasının geniş coğrafiyasında yer alan petroqliflər, damğalar və runik əlifbalar vasitəsilə Türk dünyasının ortaq tarixi yaddaşını vizuallaşdırmaqdır. Film, minilliklərin nəfəsini qoruyub saxlayan müqəddəs məkanlardan və daşlara həkk olunmuş kimlik izlərindən bəhs edir.

“Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin ilk bölümü Azərbaycanın Xəzər sahillərindən Qarabağ düzlərinə qədər uzanan geniş bir coğrafiyada türk izlərinin elmi və mədəni mənzərəsini canlandırır. Müxtəlif qədimi məkanlarda aparılan ekran əsəri, türk xalqlarının ortaq "pasportu" sayılan tamğaların sirrini açır.

Chosen
12
4
publika.az

5Sources