EN

"Everton" Qrilişlə bağlı qərarını verdi

Müqavilə ilə "Mançester Siti"yə məxsus olan və icarə əsasında "Everton"da çıxış edən Cek Qrilişin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki,  Mersisayd təmsilçisinin rəhbərliyi ingiltərəli futbolçunu komandada saxlayacaq. 

Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, hazırda hər iki klub 30 yaşlı vingerin birdəfəlik transferi ilə bağlı danışıqlara start verilib. 

Qeyd edək ki, "Everton" Cek Qrilişi cari mövsümün əvvəlində icarəyə götürüb. İngiltərə millisinin üzvü komandanın heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Barselona”da yeni müqavilə

“Fənərbaxça”dan transfer bombası: HƏDƏFDƏ LUKAKUDUR

Buffon İtaliya millisini tərk etdi

“Kocaelispor”da yeni müqavilə

"Qalatasaray" zədəli futbolçuları ilə bağlı açıqlama yayıb

Chosen
31
1
apasport.az

2Sources