EN

VTB (Azərbaycan) ABA tərəfindən mükafatlandırılıb

VTB (Azerbaijan) Azərbaycan Banklar Assosiasiyası tərəfindən keçirilən “Bankçılıq mükafatları – 2025” mükafatının beş nominasiya üzrə mükafatlandırılıb.

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata keçirilən “Bankçılıq Mükafatları – 2025” təşəbbüsü çərçivəsində bank sektorunda müxtəlif istiqamətlər üzrə təltif edilməsi prosesi sona çatıb. ABA-ya üzv təşkilatların fəaliyyətinin obyektiv və hərtərəfli dəyərləndirilməsi məqsədilə təşkil olunan bu proses çərçivəsində kommersiya banklarının fəaliyyəti, xüsusilə korporativ sosial məsuliyyət, maliyyə savadlılığının təşviqi, rəqəmsal transformasiya və digər mühüm sahələr üzrə həyata keçirdikləri təşəbbüslər dəyərləndirilir..

Assosiasiyanın ekspert şurası VTB (Azərbaycan) bankını “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığının dəstəkçisi”, “Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri”, “Təhsil dəstəkçisi”, həmçinin “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” nominasiyaları üzrə qalib elan edib.

“Bankçılıq mükafatları” hər il Azərbaycan Banklar Assosiasiyası tərəfindən maliyyə institutlarının əvvəlki il üzrə fəaliyyət nəticələrinin təhlili əsasında təqdim olunur. Bu mükafat müstəqil sahə göstəricisi kimi çıxış edir və ABA-nın ictimai reytinqlərinin formalaşdırılmasında nəzərə alınır. Həmin reytinqlər isə həm fərdi müştərilər, həm də korporativ tərəfdaşlar tərəfindən bank seçimi zamanı əsas istinad mənbələrindən biri hesab olunur.

VTB (Azərbaycan) 2009-cu ildən etibarən bazarda fəaliyyət göstərir və ölkənin sistem əhəmiyyətli banklarından biridir. Qazanılan mükafatlar bankın yalnız ənənəvi bankçılıq fəaliyyətinə deyil, həm də qeyri-maliyyə təşəbbüslərinin — rəqəmsal savadlılıq proqramları, təhsil layihələri, ESG transformasiyası və sosial məsuliyyət istiqamətlərinin inkişafına yönəlmiş strategiyasının effektivliyini təsdiqləyir.

Chosen
7
2
banker.az

3Sources