EN

“Qarabağ”dan 3, “Sabah”dan 6 futbolçu ayrılıb... – tarixi finaldan bugünkü yarımfinala qədər

“Qarabağ” bu gün ölkə kubokunun yarımfinalının ilk oyununda “Sabah”ı qəbul edəcək.

Bilindiyi kimi, premyer-liqada çempionluq şansını böyük ölçüdə itirən “köhlən atlar” bu yarışda qalib gəlməklə Avropa Liqasına vəsiqə qazanmağa çalışacaq. “Bayquşlar” isə tarixində ilk dəfə “qızıl dubl” etmək istəyir.

Bu komandaların indiyə qədər kubok çərçivəsində üç dəfə qarşılaşdığı bəllidi. 2023/24 mövsümünün 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ” (7:1), cavab görüşündə isə “Sabah” qələbə qazanıb (4:3). Ötən il keçirilən final qarşılaşmasında Masazır təmsilçisi əlavə vaxtda zəfər çalıb (3:2). Bu yazıda məhz həmin görüşdə meydana çıxan futbolçuların indi də komandalarının şərəfini qoruyub-qorumadığına diqqət yetirəcəyik.

Əvvəlcə heyətlərlə tanış olaq.

Qarabağ”: Mateuş Koxalski, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə, Abdulla Zubir (k), Yassin Benzya, Marko Yankoviç, Kadi Borges, Mateus Silva, Leandro Andrade.

Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Fabian Buntiç, Bədavi Hüseynov, Abbas Hüseynov, Musa Qurbanlı, Marko Veşoviç, Kevin Medina, Patrik Andrade, Redon Cica, Aleksey Kaşuk, Emmanuel Addai.

Sabah”: Stas Pokatilov, Anatoli Nuriyev, Ayaz Quliyev, Rəhman Daşdəmirov, Xəyal Əliyev, Sofyan Çakla, Pavol Şafranko (k), İqor Noqeyra, Cesse Sekidika, Con İrasabal, İvan Lepinitsa.

Ehtiyat oyunçular: Nicat Mehbalıyev, Namik Ələskərov, TeLürtiçllur Mütəllimov, Amin Seydiyev, Abdulla Xaybullayev, Elgün Dünyamalıyev, Boyan Letiç, Coy-Lens Mikels, Kahim Parris, Vensan Till, Neqoş Kupusoviç, Umarali Raxmonaliyev.

Göründüyü kimi, bu gün hər iki komandanın heyətində dəyişiklər var. Belə ki, “Qarabağ”dan Nəriman, Benzya və Cica ayrılıb. Həmçinin Bəhlul zədəli olduğuna görə axşamkı görüşdə forma geyə bilməyəcək. “Sabah”dan isə Ayaz, Çakla, İrasabal, Letiç, Till və Kupusoviç gedib. Şafranko zədəli, Noqeyra cəzalı olduğu üçün “Qarabağ”a qarşı oynaya bilməyəcək.

Və daha bir önəmli məqam: “Qarabağ”ı yenə də Qurban Qurbanov çalışdırırsa, “Sabah”a kuboku qazandıran Vasili Berezutski hazırda vətənində “Ural”ın “sükan arxasındadı”.

KƏNAN BAHADIR

Chosen
45
1
football-plus.az

2Sources