EN

İran İsrail və ABŞ-nin regiondakı bazalarına geniş-miqyaslı hücum həyata keçirib

Bakı.Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə vəABŞ-nin Yaxın Şərq regionu ölkələrindəki obyektlərinə hədəflənmişyeni ballistik raket və dron hücumu dalğası başlatdığını elanedib.

Trend xəbər verirki, bu barədə İranın "Təsnim" xəbər agentliyi SEPAH-a istinadənməlumat yayıb.

Məlumatlara görə, gün ərzində ABŞ və İsraillə aid radarsistemlərinə, su nəqliyyat vasitələrinə və İsrailin əsas hərbi havabazasına ciddi zərbələr endirilib, eyni zamanda ABŞ-yə məxsus F-35qırıcı təyyarəsinin məhv edildiyi qeyd olunur.

SEPAH-ın mətbuat xidməti açıqlamasında bildirib ki, cüməsəhərindən etibarən SEPAH-ın dəniz və hava qüvvələri “Doğru VədƏməliyyatı 4”-ün 92-ci dalğasını həyata keçirərək, bölgədəki (BƏƏ,Küveyt, Bəhreyn) və İsraildəki ABŞ terror qüvvələrinin radarsistemləri və dəniz avadanlıqlarına qarşı sürətli hücumlar həyatakeçirib.

Açıqlamada deyilir ki, dəniz əməliyyatının başlanğıcmərhələsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin Əl Şyuxlimanında yerləşən ABŞ amfibiya desant gəmilərinin mərkəziballistik raketlərlə vurulub.

SEPAH əlavə edib ki, cümə səhəri və gecə boyu davam edənhücumların davamı olaraq, hava qüvvələri Haifa şəhərinincənub-şərqində yerləşən və İsrail F-16 qırıcı eskadronlarını qəbuledən Ramat David Hava Bazasına iki ballistik raketi uğurlaburaxıb.

Hücumun digər mərhələsində, “atəşə qarşı atəş” taktikasınındavamı olaraq, SEPAH-ın “Xürrəmşəhr-4” çoxbaşlıqlı ballistikraketlərini buraxaraq Tel-Əvivin mərkəzi və İsrailin digərbölgələrində 50-dən çox hədəfi vurub.

Açıqlamada həmçinin qeyd edilib ki, ABŞ-nin yüksək texnologiyalı“F-35 qırıcı təyyarəsi SEPAH-ın hava hücumundan müdafiə sistemləritərəfindən İranın mərkəzi səmasında hədəf alınaraq tamamilə məhvedilib. Təyyarənin ABŞ-nin“Lakenheath “eskadronuna aid olduğubildirilib və SEPAH-ın məlumatına görə, bu, son 12 saat ərzindəvurulan ikinci təyyarə olub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Chosen
33
1
az.trend.az

2Sources