EN

İran Prezidenti Trampın təhdidlərinə belə reaksiya verdi

İran Prezidenti Məsud Pezeşkian ABŞ-li həmkarı Donald Trampın ölkəsini “Daş dövrünə qaytarmaq”la bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə İran lideri sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, bu cür bəyanatlar “genişmiqyaslı müharibə cinayəti” kimi qiymətləndirilə bilər.Pezeşkian əlavə edib ki, məsələ ilə bağlı finlandiyalı həmkarı və hüquqşünasa müraciət edib:

“Tarix cinayətkarların qarşısında susanların ağır bədəl ödədiyini göstərən nümunələrlə doludur”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp aprelin 2-də İrana qarşı növbəti iki-üç həftə ərzində “son dərəcə güclü zərbə” endirə biləcəklərini açıqlayıb. O bildirib ki, bu addım ölkəni “Daş dövrünə qaytara bilər”.

ABŞ lideri həmçinin mümkün hərbi əməliyyatın eyni müddət ərzində başa çatdırılacağını qeyd edib.

Seyranə QuliyevaMissiya.Az

Chosen
14
missiya.az

1Sources