3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Birjanın yaydığı məlumata görə, Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "PAŞA BANK" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ1012006628
Səhmlərin növü və forması: Sənədsiz adlı, adi səhmlər
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı: 932 926 ədəd
İlkin ticarət qiyməti: Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək
Buraxılış həcmi: Abunə yazılışından 5 iş günü əvvəl bildiriləcək
Ticarətə buraxılma tarixi: Abunə yazılışı və yerləşdirmə tarixləri emitent tərəfindən bildiriləcək
Əsas Anderrayter: Anderrayter
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” ASC, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC, “Unicapital İnvestisiya Şirkəti” ASC