"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu seçilib.
QOL.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu martda çempionatda 4 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 2 qol vurub və 4 məhsuldar ötürmə edib..
Bu ad uğrunda Ceyms Qarner ("Everton"), Denni Uelbek ("Brayton"), Morqan Gibbs-Uayt ("Nottingem Forest"), Entoni Qordon ("Nyukasl"), Aleks İvobi ("Fulhem") və David Rayan ("Arsenal") da mübarizə aparırdı.