EN

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsi start götürüb

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə strart verilib.

"Cebheinfo.az" xəbər verir ki, günün ilk oyununda "Quba" "Şəki"ni qəbul edib.

Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 101:89.

Saat 19:00-da isə "Naxçıvan"la "Sərhədçi" qarşılaşacaq. Bu görüş Bakı İdman Sarayında reallaşacaq.

Qeyd edək ki, komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.

"Cebheinfo.az"

Chosen
49
1
cebheinfo.az

2Sources