EN

ABŞ qırıcısı İranda vurulub, 2 ekipaj üzvü axtarılır - YENİLƏNİB

İran ABŞ-a məxsus qırıcı təyyarəni vurub və iki nəfərlik ekipajın tapılması üçün axtarış-xilasetmə əməliyyatı aparılır.

Moderator.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Qeyd olunur ki, bu, müharibə başlayandan bəri ABŞ təyyarəsinin vurulduğu ilk haldır.

ABŞ ordusu və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib.

16:29

Amerikalı pilotu sağ ələ keçirən şəxs mükafat alacaq.

Moderator.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyasında bildirilib.

Bəyanatda deyilir ki, Kohgiluye bölgəsinin polis idarəsi İran səmasında vurulmuş ABŞ qırıcısının pilotu və ya pilotlarının ələ keçirilməsinə kömək edənlərə mükafat vəd edib.

Chosen
26
2
moderator.az

10Sources