İran ordusu İordaniya və Küveytdəki ABŞ hərbi bazalarına, eləcə də Bəhreyndə bir zavoda PUA-lardan zərbələr endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.
“Bu gün səhər saatlarında İran ordusu İordaniyada ABŞ-nin təchizat və logistika anbarına, silahlı qüvvələrinin yerləşdiyi məkanlara, Küveytdəki Ərifcan düşərgəsində zirehli briqadaya məxsus batalyonunun yerləşdiyi əraziyə, həmçinin Bəhreynin ən böyük alüminium zavoduna PUA-larla zərbələr endirib”, – deyə bildirilib.