EN

Əli Nağıyev: “Qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub-saxlanılıb” – VİDEO

“Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, Konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir”.

Turkustan.az xəbər verir ki, bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə bildirib.

“Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur.

Artıq qlobal miqyasda, beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemini daha da gücləndirməyə sövq etmişdir.

Yeni iqtisadi reallıqlar, beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərmişdir. Ötən 2025-ci il və bu ilin ilk 3 ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub-saxlanılmış, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşamışdır.

Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır”, - deyə Əli Nağıyev əlavə edib.

Chosen
40
17
turkustan.az

10Sources