“Əgər İsrail görsə ki, müharibəni uduzur İrana nüvə zərbəsi endirəcək”.
News365.az xəbər verir ki, bu sözləri siyasi şərhçi
Fərhad Mehdiyev deyib. Fərhad Mehdiyev bəzi ssenarilərdə İsrailin İrana nüvə zərbəsi
edirmə ehtimalının böyük olduğundan danışıb:
“Bir çox ekspertlərin fikirincə əgər İsrail çıxılmaz vəziyyətdə qalsa İrana
qarşı nüvə silahını tətbiq edəcək. Bəzi hallarda bu ssenarinin gerçəkləşmə
ehtimalı çox yüksəkdir. Məsələn müharibənin uzun müddət davam etməsi İsraili
tükədə bilər. ABŞ-dən fərqli olaraq onlar uzun müddətli müharibəyə hazır deyillər.
Silahları tükənəcəyi halda İranının qarşısını almaq üçün İsrailin nüvə
silahından başqa seçimi qalmır.
İran da bundan ehtiyyar edir. Məhz buna görə İsrailin nüvə silahını saxladığını
təxmin etdiyi yerləri intensiv atəş altında saxlamır. Çünki bilirlər ki, bunun
cavabı nüvə zərbəsi olar bilər.Bütün bunlar kifayət qədər təhlükəli və ciddi
ehtimallardır”.