Azərbaycanla Hindistan iqtisadiyyat, ticarət, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.
"Far.Az" Hindistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Randhir Caysvalın paylaşımına istinadən xəbər verir ki, bu məsələ aprelin 3-də Hindistan XİN-in Qərb Departamentinin katibi Sibi Corcun Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə müzakirə edilib.
Caysval vurğulayıb ki, bu gün katib Corcun iştirakı ilə Bakıda iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib.
"Tərəflər (məsləhətləşmələr çərçivəsində - red.) qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçiriblər. Ticarət, texnologiyalar, turizm, əczaçılıq, mədəniyyət, insanlararası əlaqələr və transsərhəd terrorizmə qarşı mübarizə məsələləri müzakirə edilib", - R.Caysval yazıb.
Secretary (West) @AmbSibiGeorge called on Minister of Foreign Affairs of the Republic of Azerbaijan, Mr. Jeyhun Bayramov. They reviewed bilateral ties and exchanged views on regional and global matters of common interest.
— Randhir Jaiswal (@MEAIndia) April 3, 2026
The 6th round of India-Azerbaijan Foreign Office… pic.twitter.com/U8FQ71eawz