EN

ÇL-də qalmaqal: Rəqibin saçından tutub saxladı, ara qarışdı

Qadınlar arasında Çempionlar Liqasının 1/4 finalında “Arsenal” və “Çelsi” arasında keçirilən oyun təkcə “topçular”ın yarımfinala yüksəlməsi ilə deyil, həm də yüksək səviyyəli hakim qalmaqalı ilə başa çatdı.

Publika.az xəbər verir ki, diqqət Keti Makkeyb və Alissa Tompsonun iştirak etdiyi insidentə yönəldi. “Çelsi”nin oyunçusu hücum edərkən Makkeyb onun saçından tutaraq dartdı. Tompson kəskin şəkildə yıxıldı, lakin hakim qırmızı vərəqə göstərmədi.

VAR da müdaxilə etmədi və bu, yalnız alovun üzərinə yağ tökdü. Bu arada, “Çelsi”nin baş məşqçisi Sonia Bompastor həddindən artıq etiraz etdiyinə görə özündən çıxdı və meydandan qovuldu. Matçdan sonra Bompastor sözün əsl mənasında qəzəbdən qaynayırdı və hətta müsahibə zamanı jurnalistlərə anın təkrarını göstərmək üçün telefonunu çıxardı:

“Bu, kifayət deyil?. Əgər VAR varsa, niyə bu vəziyyətlərə baxılmır?”

Chosen
7
publika.az

1Sources