EN

NASA 50 ildən sonra Yer kürəsinin ilk tam və real fotosunu təqdim etdi

NASA 1972-ci ildən bəri ilk dəfə Yer kürəsinin tam və real fotosunu yayımlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Ay missiyası çərçivəsində “Orion” gəmisində olan astronavtlar Yer kürəsinin tarixi və tam görüntüsünü əks etdirən fotoşəkil çəkiblər.

Bu, 1972-ci ildən bəri planetimizin bütöv şəkildə lentə alınan ilk real fotosudur.

Onilliklər ərzində ictimaiyyətə təqdim olunan şəkillər əsasən aşağı orbitdən və ya Beynəlxalq Kosmik Stansiyadan (BKS) çəkilmiş bir neçə şəklin birləşdirilməsi (montaj) yolu ilə hazırlanırdı.

İndiki kadr isə planetimizin birbaşa və həqiqi görüntüsüdür. Maraqlıdır ki, şəklin yuxarı hissəsində hətta yaşıl rəngli şimal parıltısını da müşahidə etmək mümkündür.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
47
18
interpress.az

10Sources