EN

İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb

İran ötən gün Şiraz üzərində vurulan PUA-lara görə Körfəz ölkələrini günahlandırıb.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi “X” hesabında qeyd edib.

Onun sözlərinə görə, dron qalıqları bəzi region ölkələrinin ABŞ-İsrail hücumlarında birbaşa iştirakına dəlalət edir.

Bəqayi ad çəkmədən iki regional ölkənin hər birinin bu tipli dronun sahibi və istifadəçisi kimi izahat verməli olduğunu vurğulayıb.

Chosen
13
apa.az

1Sources