EN

​Sevəndə özünü itirən 5 bürc

Sevgi hər kəs üçün fərqli anlayışdır. Hər kəs bu hissləri fərqli yaşayır. Bəzi insanlar hisslərini idarə edə bilsə də, elələri var ki, sevəndə tamamilə özünü unudur. Onlar üçün sevgi sadəcə hiss deyil, həyatın mərkəzinə çevrilir.

Sevəndə özünü itirən 5 bürcü təqdim edirik:

Balıqlar

Balıqlar sevəndə sanki başqa dünyaya düşür. Onlar qarşı tərəfi mükəmməl görməyə meyllidirlər. Bu səbəbdən çox vaxt reallıqla xəyallar arasında qalırlar. Sevdikləri insan üçün öz arzularından belə vaz keçə bilirlər. Bu zəif cəhətləri bəzən onlara baha başa gəlir.

Əqrəb

Əqrəb bürcü sevəndə son dərəcə dərin və ehtiraslı olur. Onun sevgisi ya hər şeydir, ya da heç nə. Bu bürc qarşı tərəfə tam bağlanır və emosiyalarını gizlətməkdə çətinlik çəkir. Bəzən isə bu qədər güclü hisslər onu qısqanclığa və nəzarətə sürükləyir. Bu isə qarşı tərəfdə haqlı narazılıq yaradır.

Şir

Şir bürcü sevəndə bütün diqqətini əks tərəfə yönəldir. O, sevdiyi insanı xoşbəxt etmək üçün əlindən gələni edir. Sevgidə səxavətli və qoruyucu olur, amma qarşılıq görməyə də ehtiyac duyur. Dəyər verilmədiyini hiss edəndə çox tez incir. Şirlərə xas mənəm-mənəmlik hissi ikitərəfli münasibətlərdə problemsiz ötüşmür.

Xərçəng

Xərçəng bürcü sevəndə bütün qəlbi ilə bağlanır. Onlar üçün emosional bağ hər şeydən önəmlidir. Sevdiklərini qorumaq və qayğı göstərmək xərçənglərin təbiətində var. Lakin bu həssaslıq onlar üçün müəyyən problemlər yaradır. Bəzən özlərini itirirlər.

Əkizlər

Əkizlər bürcü adətən dəyişkən xarakter sahibi kimi tanınsa da, həqiqi sevgidə fərqli olur. Sevdikdə bütün diqqətini bir insana yönəldir. Onlar sevgi içində özlərini yenidən kəşf edir və qarşı tərəfə uyğunlaşmağa çalışırlar. Bəzən isə bu uyğunlaşma öz kimliklərini arxa plana atmalarına səbəb olur. Bu isə əkizlərin yanlış anlaşılması ilə nəticələnir. Çox vaxt elə təəssürat yaranır ki, əkizlər partnyorlarına “əsir düşüb”./Metbuat.az

Chosen
1
1
musavat.com

2Sources