EN

"Zirə" hesabı açdı - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsi start götürüb.

QOL.az xəbər verir ki, artıq matçlardan 1-i başlayıb.

Əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gəlir. Görüş saat 17:30-da start götürüb. 1/4 finalda Tovuz təmsilçisi "Kəpəz"i, Bakı klubu "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb.

Günün daha bir maraqla gözlənilən oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Burada Azərbaycan kubokunun səkkizqat qalibi "Qarabağ" turnirin son çempionu "Sabah"ı qəbul edəcək. Matç saat 20:00-da başlayacaq. 1/4 finalda Ağdam təmsilçisi "Şamaxı", paytaxt klubu isə "Qəbələ" səddini aşıb.

Bu cütlər arasında cavab qarşılaşmaları 21 və 22 aprel tarixlərində oynanılacaq.

3 aprel (cümə)

Azərbaycan kuboku, ilk oyunlar

17:30. “Turan Tovuz” – “Zirə” - 0:1 (İkinci hissə)

Qol: Eren Aydın, 55 (0:1)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qol.az (@qolaz)

Chosen
1
16
teleqraf.com

10Sources