EN

Ermənistanda azyaşlıların sosial şəbəkələrə girişi qadağan edilə bilər

Bakı. Trend:

Ermənistan hökuməti yetkinlik yaşına çatmamış (16 yaşdan aşağı)vətəndaşların sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasıimkanını nəzərdən keçirir.

Trend erməni KİV-əistinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm,Mədəniyyət və İdman nazirliyinin Ümumtəhsil departamentinin rəhbəriTamara Sarqsyan keçirdiyi brifinqdə deyib.

Nazirlik rəsmisi qeyd edib ki, uşaqların rəqəmsal mühitdəqorunması prioritetdir və dövlət uşaqları rəqəmsal mühitdə qorumaqüçün kifayət qədər alətlərin və normativ hüquqi aktlarınmövcudluğuna əmin olmalıdır.

“Bütün əsas imkanların, risklərin və problemlərin müəyyənedilməsi üçün araşdırma aparılır. Yalnız tam mənzərəmüəyyənləşdikdən sonra hansı tənzimləmələrin zəruri olduğunu vəonların necə dəqiq və məqsədyönlü tətbiq oluna biləcəyini anlamaqmümkün olacaq. Müvafiq olaraq, hansı veb-saytların bloklanacağınıda müəyyən edəcəyik”,- Tamara Sarqsyan bildirib.

Məqalədə:
Chosen
27
3
az.trend.az

4Sources