EN

Vitse prezident Vensin yeni vəzifəsi məlum oldu Tramp ona elə bir iş tapşırıb ki...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Vensin artıq Demokratların nəzarətində olan ştatlarda fırıldaqçılıqla mübarizədən məsul olacağını açıqladı.

“Vitse-prezident Vens artıq ABŞ-da fırıldaqçılıqla mübarizəyə nəzarət edəcək. Onun diqqəti hər yerdə olacaq, xüsusən də Demokrat siyasətçilərin görünməmiş şəkildə vəsait oğurladığı “mavi” ştatlara yönələcək. Miqyas o qədər böyükdür ki, Vensin nəzarəti uğurlu olsa, sözün əsl mənasında Amerika büdcəsini tarazlaşdıra bilərik. Los-Ancelesdə artıq basqınlar başlayıb. Uğurlar, Vens”, – deyə Tramp vurğulayıb.

Bildirilir ki, fırıldaqçılıq əksər hallarda informasiya texnologiyaları və onlayn marketinq sektorlarında özünü daha qabarıq formada göstərir. Fırıldaqçılar məlumatları oğurlayır, botlardan istifadə edir və ya qanunsuz əməliyyatlar apararaq bizneslərə və istifadəçilərə maliyyə ziyanı vururlar.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
globalinfo.az

1Sources