EN

Günəşdə partlayış baş verib

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Aprelin 3-də Günəşdə sonuncudan əvvəlki güc sinfinə aid yeni partlayış qeydə alınıb. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "Aprelin 3-də Moskva vaxtı ilə saat 10:56-da (Bakı vaxtı ilə saat 11:56) 4009 günəş ləkələri qrupunda (N01E07) rentgen diapazonunda 13 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
1
avtosfer.az

10Sources