“Rəqibin gücünü bilirdik”.

Offsideplus.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz” üzərində qazandıqları (2:0) qələbəni şərh edib:

“Kubokun birinci oyunlarında həmişə meydanda taktiki savaş gedir. Bu gün də onun şahidi olduq. Oyun ərzində rəqibin xeyli standart vəziyyətləri oldu. “Turan Tovuz”un bu vəziyyətlərdə təhlükəli komanda olduğunu bilirik. İkinci hissədə isə sürəti artırdıq və beləcə oyunun dinamikası da artdı. Şükürlər olsun ki, yekunda bizim üçün vacib olan qələbəni qazandıq. Qarşıda bizi vacib ikinci oyun gözləyir.”