EN

Almaniya Azərbaycana biznes-missiya göndərəcək

Almaniyanın Xarici İqtisadi Fəaliyyətə Dəstək üzrə Dövlət Agentliyi Azərbaycan və Qazaxıstana biznes-missiya təşkil edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "NRW.Global Business" agentliyi məlumat yayıb.

Məlumata görə, biznes-missiya 29 iyun-3 iyul tarixlərində baş tutacaq. Səfərin təşkilinə əsas səbəb Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dinamik inkişafıdır.

"Avropa ilə Asiyanı birləşdirən strateji əhəmiyyətli bu ticarət yolunun logistika və infrastruktur sahəsindəki önəmi durmadan artır. Son illərdə bu istiqamətdə yük axını dəfələrlə artıb və proqnozlara görə, 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə artmağa davam edəcək. Bu, xüsusilə 2030-cu ilə qədər təxminən 20 milyard avro məbləğində kapital qoyuluşuna tələbatın proqnozlaşdırılması fonunda Şimali Reyn-Vestfaliya müəssisələri üçün əlverişli imkanlar yaradır", - deyə məlumatda vurğulanıb.

Chosen
31
unikal.az

1Sources